AZ

Kiyev Rusiya Federasiyasının dondurulmuş aktivlərindən bir milyard dollar alıb

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ABŞ-dan bir milyard dollar alıb.

Herbiand.az xəbər veriur ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün Telegram kanalında yazıb.

“Bu, ABŞ-ın G7 təşəbbüsü çərçivəsində bloklanmış Rusiya aktivlərindən istifadə etməklə ayırmağa hazır olduğu planlaşdırılan 20 milyard dolların ilk tranşıdır”.

Şmyqal ABŞ və Dünya Bankına “ədalət yolunda mühüm addım” üçün təşəkkür edib. “Biz Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və Ukraynanın bərpası üçün istifadə ediləcəyini gözləyirik”, - deyə ukraynalı siyasətçi əlavə edib.

Seçilən
16
2
herbiand.az

10Mənbələr