1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı çalışdırıcı Joze Mourinyo ilə bağlı yekun qərarını açıqlayıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlər" baş məşqçi ilə yola davam edəcəklərini bildiriblər.
"Fənərbağça" klubunun prezidenti Ali Koç hazırkı dönəmdə Joze Mourinyondan daha yaxşı baş məşqçi tapa bilməyəcəklərini və təcrübəli çalışdırıcı ilə yola davam etmək istədiklərini açıqlayıb.
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" klubunu ümumilikdə 26 oyunda meydana çıxarıb, bunlardan 15-də qələbə qazanıb, altı heç-heçə edib.