AZ

Hazırkı vəziyyətdən narazı olan İngiltərə klubunun rəsmiləri transfer üçün milyonlar ayırdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hazırkı vəziyyətdən narazı olan "Mançester Yunayted" rəhbərliyi qış transfer pəncərəsi üçün 230 milyon avro ayırıb.
Oxu.Az "Goal"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas transfer hədəfi Rafinya olacaq.
Mançester təmsilçisi "Barselona"da çıxış edən futbolçu üçün 80+10 milyon avro ödəməyə hazırdır. Komanda "Sportinq"in formasını geyinən Viktor Qyökereşlə də maraqlanır. Yeni baş məşqçi Ruben Amorim isveçli hücumçunu yenidən ixtiyarında görmək istəyindədir.
Qeyd edək ki, "Mançester Yunayted" qapıçı Andre Onanaya da əvəzləyici axtarır. Bu mövqeyə "Borussiya Dortmund"un qolkiperi Qreqor Kobel əsas namizəddir.
Seçilən
15
50
oxu.az

10Mənbələr