AZ

“Siyəzən Broyler” ASC-də jurnalistlər üçün mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL”uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq SəhmdarCəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediaturtəşkil olunub.

Mediatur çərçivəsində jurnalistlərlə keçirilən görüşdəbildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyətgöstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlıAQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan evquşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirməfəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsindəqənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığamalik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədəmüəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixracimkanlarını artırır.

AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK)tərəfindən akkreditasiya edilib. Bununla da, institut beynəlxalqakkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluqsertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiyaprosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun(SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL”sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər”standartının əsasında yerinə yetirilib. Bildirilib ki, “HALAL”uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarınauyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmətnövüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasındaistehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təminedir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri vəkateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda“HALAL” sertifikatlaşma ilə bağlı instituta müraciət etmişmüəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətəçatdırılıb.

Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanışolublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulunemalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşlarınyemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinədaim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiqqaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsasgötürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir.Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsimalətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalızamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır.İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçünmüvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.

Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb,suallar cavablandırılıb.

“Siyəzən
“Siyəzən
“Siyəzən
“Siyəzən
“Siyəzən
“Siyəzən
“Siyəzən
“Siyəzən
Seçilən
0
12
az.trend.az

10Mənbələr