AZ

Blinken Yaxın Şərqə səfər edəcək – CNN


ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağına humanitar yardım və Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məsələsini müzakirə etmək üçün bu həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı dövlət departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Blinkenin Brüsseldən sonra bu həftə İsrailə, İordan çayının qərb sahilinə və Dubaya səfər edəcəyini bildirib.
Onun sözlərinə görə, bu görüşlərdə Blinken anklava humanitar yardım göstərilməsi, bütün girovların azad edilməsi və Qəzzada mülki əhalinin müdafiəsinin yaxşılaşdırilması imkanlarını müzakirə edəcək. Blinken, həmçinin, Qəzzanın gələcəyini və müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini müzakirə edəcək”, - deyə rəsmi əlavə edib.
Səfər Qətərin vasitəçiliyi ilə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girovların azad edilməsinə dair razılaşmaların həyata keçirilməsi fonunda baş tuta bilər.
Qeyd edək ki, bu, dövlət katibinin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri İsrailə dördüncü səfəri olacaq.
Seçilən
506
50
yeniavaz.com

10Mənbələr