AZ

BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA BELƏ QƏZAYA DÜŞÜB:  12 nəfər ağır yaralanıb, qalanları haqda məlumat verilmir (VİDEO, Yenilənib)

Qazaxıstan rəsmi dairələri təyyarədəki sərnişinlərin 26-nın Azərbaycan, 37-nin Rusiya, qalanının isə Qırğısıstan və digər ölkələrin vətəndaşları olduğunu bildiriblər mənbələri qəzanın videosunu yayıb.

Mia.az xəbər verir ki, 67 sərnişinin olduğu qəza ilə bağlı araşdırma gedir.

Qazaxıstan mənbələri qəzanın videosunu yayıb.

Mia.az xəbər verir ki, videodan görünür ki, qəza enişi zamanı təyyarə partlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Mia.az AZAL-a istinadla xəbər verir ki, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
13
7
mia.az

10Mənbələr