AZ

Günəşdə güclü partlayışlar baş verib

Günəşdə M sinfinə aid beş partlayış qeydə alınıb.

Ekologiya.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.

Bildirilib ki, gün ərzində ilk və ən güclü partlayış çərşənbə axşamına keçən gecə baş verib.

"Dekabrın 24-də Bakı vaxtı ilə 04:19-da 3932 (S18E23) günəş ləkələri qrupunda rentgen diapazonunda on dəqiqə davam edən M4.7 partlayış qeydə alınıb", - məlumatda deyilir.

Bundan əlavə, M1.0, M4.2 və iki M1.1 partlayışı da baş verib.

Seçilən
0
2
ekologiya.az

3Mənbələr