AZ

Trampın əsas “SİFARİŞ”İ: Panama kanalına İDDİALAR

Donald Trampın son günlə Panama kanalı ilə bağlı sözügedən ölkəni hədələməsi artıq pik həddə çatıb. Belə ki, Respublikaçı prezident çıxışında bəyan edib ki, ölkəmisinin resurslarının talanmasına dərhal son qoyulmalıdır və əgər onlarlın hüquqi və əxlaqi öhdəliklərimizə hörmət göstərilməzsə, Panama kanalı yenidən ABŞ-nin nəzarətinə qaytarılmalıdır.

Bu bəyanatla isə Tramp açıq şəkildə Panamaya işğal təhdidi edib. O, bunu əsaslandırmaq üçün bir neçə məqam da vurğulayıb: bunlar Panamanın ABŞ-a qarşı “həddini aşan” davranışları, Çinlə yaxın əlaqələri və bu ölkənin Amerika ticarət gəmilərindən yüksək vergilər tələb etməsi ilə bağlıdır. Məlumdur ki, Panama kanalı qlobal ticarət baxımından strateji əhəmiyyətə malikdir. Bu keçid yolu Atlantik okeanından Sakit okeana və əks istiqamətdə səyahəti xeyli qısaldır ki, bununla da iqtisadiyyat üçün vacib bir arteriya rolunu oynayır.

Məsələnin mahiyyətini anlamaq üçün onun tarixən necə formalaşdığına nəzər salsaq, yaxşı olar. 1903-cü ilin əvvəlində ABŞ və Kolumbiya arasında Panama kanalının yerləşdiyi ərazinin 100 illik icarəyə verilməsi barədə müqavilə imzalanmışdı. Razılaşmaya əsasən, ABŞ Kolumbiyaya 10 milyon dollar birdəfəlik ödəniş etməli və hər il əlavə olaraq 250 min dollar məbləğində kompensasiya ödəməli idi. Bununla belə, Panama kanalı Kolumbiyanın yurisdiksiyasında qalırdı. Lakin həmin dövrdə Kolumbiyada vətəndaş müharibəsi gedirdi və parlament bu müqaviləni təsdiqləmədi.

Bu arada, ABŞ-nin dəstəyi ilə Kolumbiyanın ərazisində yeni bir dövlət – Panama yaradıldı. 1903-cü ilin noyabrında ABŞ və yeni yaranmış Panama arasında fərqli bir razılaşma imzalandı. Bu müqaviləyə əsasən, Panama kanalı artıq ABŞ-nin tam yurisdiksiyasına keçdi. Panama xalqı kanalın milli əhəmiyyətini dərk edərək, müxtəlif vaxtlarda onun dövlətin öz nəzarətinə qaytarılması məsələsini qaldırırdı. 1968-ci ildə Panamada hərbi çevriliş baş verdi və general Omar Torrixos hakimiyyətə gəldi. O, ölkədə ciddi islahatlara başladı və açıq şəkildə bəyan etdi ki, onun əsas məqsədi Panama kanalının ölkənin yurisdiksiyasına qaytarılmasıdır.

Torrixos ABŞ-nin Vyetnamda uğradığı məğlubiyyətdən istifadə edərək, kanalı artilleriya ilə bağlamaqla hədələdi. ABŞ Prezidentinin bu təzyiqə cavabı isə 1977-ci ildə Cimmi Karterin Panama ilə yeni müqavilə imzalaması oldu. Bu addım Pentaqon və MKİ-nin etirazlarına baxmayaraq, SSRİ-nin regiondakı təsirinin qarşısını almaq məqsədi ilə atılmışdı. 1999-cu ildə isə Panama kanalı rəsmi olaraq ölkənin yurisdiksiyasına qaytarıldı.

Bu gün Trampın “Amazon” “sifarişlər”i arasında yer alan Panama kanalının istehlakçısına çatıb-çatmayacağı məsələsi ilə hələlik naməlumdur. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Trampın Kanada, Qrenlandiya və Panama kanalına olan iddialarının yanvarın 20-dən sonra hansı spektrdə inkişaf edəcəyi də bilinmir. Bəlkə də hakimiyyət kreslosunun reallıqları Trampın indiki xəyallarının üstündə böyük xətt çəkdi?

Rafi Müslümov

Seçilən
11
yenicag.az

1Mənbələr