AZ

Husilər ABŞ-ni hədələdi

Husilər Yaxın Şərqdə ABŞ hərbi bazalarına raket zərbələri endirə bilər. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Yəməndə İran İslam İnqilabı Qvardiyasına (SEPAH) bağlı “Ənsurullah” hərəkətı qüvvələri – Husilər ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını hədəfə alacağı ilə hədələyiblər. Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi “X”-də yayımlanan videoda Vaşinqtona sərt xəbərdarlıq edib: "Biz amerikalılarA Yəməni hədəf almamaları ilə bağlı xəbərdarlıq edirik. Əgər onlar dayanmasalar, qırmızı xətlərə məhəl qoymadan ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirəcəyik", - deyə əl-Husi bildirib. 

“Ya İsrailin Qəzza və Yəmənə hücumları dayandırılacaq, ya da mesajımızı çatdırmaq üçün həssas ABŞ-nin obyektlərini hədəfə alacağıq”,-  deyə Əl-Husi əlavə edib. Qeyd edək ki, əl-Husinin xəbərdarlığı bazar günü Husilərin Qırmızı dənizdə təyyarə gəmisinə hücum zamanı ABŞ-a məxsus F-18 qırıcı təyyarəsini vurduğunu iddia etməsindən sonra yayılıb. 

Bildirilib ki, hücum qanadlı raket və 17 pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Nəticədə F-18 qırıcısı məhv edilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 döyüş təyyarəsinin Qırmızı dəniz üzərində səhvən vurulduğunu açıqlayıb. Xatırladaq ki, dekabrın 20-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Husilərin raket hücumlarına cavab olaraq Yəmənin Əl-Hudeyda şəhərinə və paytaxtı Sənaya hücumlar təşkil ediblər. 

Seçilən
85
50
cebheinfo.az

10Mənbələr