bp böyük məmnuniyyətlə XVII-XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət xüsusi sərgiyə sponsorluq edir. “Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi” adlı sərgi bu gün Azərbaycan Milli Xalça Muzeyində açılıb.
Sərgidə nümayiş olunan möhtəşəm sənət əsərlərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Bu əsərlər Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsidir və Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq ABŞ-dən gətirilib.

Nümayiş olunan xalçaların əksəriyyəti Azərbaycan xalçalarının dünyaca məşhur növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Azərbaycanın Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Sərginin açılışında çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu nadir Azərbaycan incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyuruq. İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII-XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, bu sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”

Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 41400 AZN-dir ($24,350). Bu xərclərin əsas hissəsini əsərlərin ABŞ-dən Azərbaycana və geri daşınması, sərginin təşkili və kataloqun hazırlanması və nəşri təşkil edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 24 dekabr 2024-cü il tarixindən 10 may 2025-ci il tarixinədək ictimaiyyət üçün açıq olacaq.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz