Gürcüstan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə məlumatda qeyd olunub.