Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində oksigen balonunun partladığı bildirilir.
Reportyor.tv xəbər verir ki, bu barədə hadisə şahidləri "Orda" nəşrinə bildirib.
Qeyd olunub ki, partlayış nəticəsində sərnişinlər huşunu itirməyə başlayıblar.
Bundan əvvəl isə təyyarənin mühərrikinə quş girdiyi iddia olunurdu. Bu iki faktorun qəzaya səbəb olduğu ehtimal edilir.
Hadisə ilə bağlı rəsmi araşdırma davam edir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta