Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var.
News24.az Gencexeber.az-a istinadla bildirir ki, təyyarədə olan 32 yaşlı Gəncə sakini Toğrul Cəfərov adlı şəxsdir.
O, Gəncə Birləşmiş Xəstəxanasının Dəstək Xidmətləri Şöbəsinin əməkdaşıdır. Adıçəkilən şəxs məzuniyyətdə olub və Çeçenistana gedirmiş. Toğrul Cəfərov qəza zamanı müxtəlif bədən xəsarətləri alıb. O, Aktau xəstəxanalarının birinə yerləşdirilib.