AZ

Tortdan zəhərlənən tələbələrin son durumu


"Tovuz rayonunda tortdan baş verən zəhərlənmə nəticəsində beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir".

"Medicina" xəbər verir ki, TƏBİB-in məlumatına görə,
Dekabrın 24-ü, saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Səkkiz nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin müalicəsi isə Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".



Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
Seçilən
13
4
medicina.az

10Mənbələr