AZ

Türkiyə Hələbdə konsulluq açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcək.

Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Hələbdə baş konsulluğunun tezliklə açılacağını və Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.

"Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışdıq və tezliklə Hələbdə baş konsulluğumuzu açırıq. Görürük ki, Suriyanın yeni administrasiyasının lideri prosesə çox yaxşı rəhbərlik edib və onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilib. Biz Suriyaya lazım olan hər şeydə dəstək verəcəyik: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər biz yeni hakimiyyətə kömək edəcəyik ki, Suriya bərpa olunsun, öz potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan versin"-deyə, Ərdoğan . İqtidar Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyası qarşısında çıxış zamanı bildirib.

O, həmçinin bildirib ki, Türkiyənin “nazirlikləri, idarələri, yerli hakimiyyət orqanları və qeyri-hökumət təşkilatları da öz növbəsində Suriyaya yardım planları hazırlamaq üçün intensiv işləyir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
5
turkustan.az

10Mənbələr