AZ

Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildirilib.

Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb: “Sizə, həlak olanların yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərəcək dövlət komissiyası yaradıb”.

Seçilən
2
12
olke.az

10Mənbələr