AZ

Emoməli Rəhmon Azərbaycan Prezidentinə başsağlığı verdi

Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

 

Sfera.az xəbər verir ki, İlham Əliyevə ünvanlanan məktubda deyilir:

 

"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".

Seçilən
3
27
sfera.az

10Mənbələr