AZ

Kasım-Jomart Tokayev İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasından bildirilib.

"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Manqistau vilayətində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipajın həlak olması barədə faciəli xəbəri dərin kədərlə qarşıladım. Bu ağır itkinin kədərini bölüşür, Sizə, həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verirəm", - deyə məlumat qeyd olunub.

Tokayev onun tapşırığına əsasən Qazaxıstan hökuməti tərəfindən dövlət komissiyasının yaradıldığını deyib:

"Bu komissiya xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirlər görür və bundan sonra da Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək".


Müəllif: Ceyhun Ağazadə
Seçilən
0
17
teleqraf.com

10Mənbələr