AZ

Qazaxıstan FHN Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb

Bakı. Trend:

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) Aktau yaxınlığındabaş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb.

Bu barədə Trend QazaxıstanFövqəladə Hallar Nazirliyinə istinadən günü xəbər verir.

“Bu gün, 25 dekabr 2024-cü il, yerli vaxtla saat 11:00-da Aktauhava limanının (PDSP “Aktau”) dispetçerindən Mangistau vilayətiFövqəladə Hallar Departamentinə Bakı–Qroznı marşrutu üzrə uçan“Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Embraer 190AR”təyyarəsinin fövqəladə vəziyyət elan etdiyi və Aktau hava limanınaeniş üçün icazə istədiyi barədə məlumat daxil olub. Təyyarəningözlənilən eniş vaxtı saat 11:25 təyin edilib”, - nazirliyinməlumatında bildirilir.

Qeyd olunur ki, dərhal hadisə yerinə Mangistau vilayətiFövqəladə Hallar Departamentinin qüvvə və vasitələrigöndərilib.

“Saat 11:30-da təyyarənin hava limanından 3 km məsafədə qəzayauğradığı barədə məlumat daxil olub. Bununla əlaqədar FHN qüvvə vəvasitələri yüksək hazırlıq rejiminə keçib. FHN Komanda MərkəzindəDaxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi,Milli Qvardiya, Xarici İşlər Nazirliyi və digər qurumlarınnümayəndələrindən ibarət Respublika Qərargahı yaradılıb.Ümumilikdə, qəza ilə bağlı əməliyyatlara 701 nəfər şəxsi heyət vəmülki müdafiə xidmətlərinə məxsus 82 texnika cəlb edilib. Saat11:45-də yanğın lokallaşdırılıb, saat 12:05-də isə tam söndürülüb.Saat 14:10-a olan məlumata görə, xəstəxanalara 29 nəfər, o cümlədən2 uşaq yerləşdirilib. Hazırda xilasetmə işləri davam edir”, -Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, tibbi yardım göstərilməsi üçün Astanadan Aktauyasanitar aviasiya təyyarəsi göndərilib.

“Həmçinin, fövqəladə hallar naziri general-mayor Çingiz Arınov,fövqəladə hallar üzrə nazir müavini Keqen Tursınbayev və FHNfövqəladə hallar departamentinin rəhbəri hadisə yerində hökumətkomissiyasının fəaliyyətini koordinasiya etmək üçün Aktauya yoladüşüblər.

Hadisə ilə bağlı dəqiq məlumatların əldə olunması üçün qaynarxətt nömrələri fəaliyyət göstərir: Astana şəhərindəki KomandaMərkəzi – 8-7172-55-96-21, 55-96-83; Mangistau vilayəti FHN –8-7292-31-90-91. Hazırkı vaxtadək qaynar xəttə ümumilikdə 272 zəngdaxil olub. Xilasetmə və bərpa işlərinin gedişi ilə bağlıməlumatların yenilənməsi gözlənilir”, - məlumatda qeyd olunur.

Seçilən
3
4
az.trend.az

5Mənbələr