Azərbaycanın Qazaxıstandakı Səfirliyinin qarşısına gül dəstələri gətirilir.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar Astanadakı səfirliyimizin önünə gələrək təyyarə qəzasında həlak olanların xatirəsini yad edir və onların ailələrinə, eləcə də xəsarət alan şəxslərə dəstəklərini nümayiş etdirirlər.
Qeyd edək ki, bu gün AZAL-a məxsus Bakı-Qroznı təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 30-dan çox şəxs həlak olub, təxminən bu sayda insan xəsarət alıb.