Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinin qeyri-rəsmi zirvə görüşündə Sankt-Peterburqa gələn liderləri qarşılayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri TASS agentliyi yayıb.
Tədbirin açılışında Kremlin sahibi MDB dövlət başçılarını bu gün Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsini yad etməyə dəvət edib.
O qeyd edib ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibbi heyət və avadanlıqla birlikdə qəza yerinə uçur.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı zirvə görüşündə iştirak etmir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə koronavirusa görə Sankt-Peterburqa getməyib.
Bizim.Media