AZ

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi sarsıdıb - Niderland səfiri

Bakı, TurkicWorld

Bu gün "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi sarsıdıb və dərindən kədərləndirib.

TurkicWorld xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema X sosial media hesabında qeyd edib.

"Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk", - deyə səfir əlavə edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Seçilən
6
49
turkic.world

9Mənbələr