Gürcüstanın Azərbaycandakı səfirliyi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, səfirilik baş vermiş faciə ilə bağlı dərin sarsıntı ifadə edib.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı dərin kədərimizi bildirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik. Ölkəmiz bu çətin anlarda sizinlədir”, - səfirliyin məlumatında deyilir.
Müəllif: Cəmilə Babayeva