AZ

COP29 çərçivəsində "İqlim və sənət" adlı ustad dərsləri keçirilib

2024-cü il noyabrın 22-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyi "İqlim və sənət" adlı ustad dərsləri keçirilib.

İctimai Birliyin sədri Aytən Həsənova bildirib ki, tədbirin məqsədi ekoloji cəhətdən təmiz olan məhsulların hazırlanması və təqdim edilməsi, həmçinin qədim sənət nümunələrinin müasir dövrə adaptasiya olunmasıdır.

Ustad dərslərində zərgərlik sənəti üzrə mütəxəssis Mehriban Sadıqova ekoloji təmiz hesab edilən gümüşdən müxtəlif zinət əşyaları, keramika ustası Ceyhun Coşğun təbii gildən müxtəlif məhsullar, qurama ustası Səbirə Qarayeva isə müxtəlif parçalardan geyim aksessuarları hazırlayaraq master-klass göstəriblər.

İştirakçılar ustad dərslərinə böyük maraq göstərib.

Seçilən
17
modern.az

1Mənbələr