AZ

Təyyarə qəzasının fotolarını çəkən bloger saxlanıldı

AZAL-ın təyyarəsinin qəzaya uğradıqdan sonra hadisə yerindən fotoları çəkib paylaşan və Aktau şəhərindən olan bloger Azamat Sarsenbayev polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb.

“Məni Aktau şəhər Polis İdarəsinə aparırlar. Çox güman ki, təyyarə qəzası yerində çəkiliş apardığım üçün. Hazırda “Röyters”, “Quardian”, BBC kimi dünya mediası mənim fotolarımdan istifadə edir”, – Sarsenbayev yazıb./axaraz

Seçilən
2
3
konkret.az

4Mənbələr