AZ

"Qəza ilə bağlı hərtərəfli təhqiqat aparılacaq"- Putin

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.

"MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm", - Rusiya Prezidenti qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə razılaşma əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Aktauya uçub.

"Ümid edirik ki, yaralananlar tezliklə sağalacaq və əminəm ki, hərtərəfli təhqiqat aparılacaq. Biz bu faciə ilə bağlı bütün məsələlərdə aviasiya xidmətlərimizin işini razılaşdıracağıq", - deyə Rusiya lideri əlavə edib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
3
19
teleqraf.com

10Mənbələr