AZ

"Ximki"dən ayrılan serbiyalı "Zirə"yə qayıdır?

Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Andelkoviçlə əməkdaşlığa son qoyub.

Məlumatı klubun mətbuat xidməti yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə komandadan göndərilib.

Serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Onun yenidən "qartallar"a qoşulmaq ehtimalına gəlincə, Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Zirə" sözügedən oyunçunun xidmətində maraqlı deyil və bu yöndə hər hansı addım atmayıb.

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr