AZ

İdman uğurları dövlətin ümumi inkişafını, iqtisadi gücünü göstərir



Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Məhz, bu qayğı sayəsində Azərbaycanda idman uğurla inkişaf edir. Keçirilən beynəlxalq yarışlarda idmançılarımız öz gücünü və dövlətimizin qüdrətini nümayiş etdirir. Dövlət başçısının diqqət və qayğısı, bilavasitə nəzarəti altında ölkənin ən ucqar bölgələrində belə yeni idman kompleksləri inşa olunur. Bu da perspektivli gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır, bununla yanaşı, bir çox qitə və dünya çempionatlarının, beynəlxalq turnirlərin Respublikada keçirilməsinə əlverişli şərait yaradır. Artıq ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi məkanlardan biridir. Bundan əlavə idmanın müxtəlif növlərinin inkişafına dair Respublika Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramları icraçılardan idmanın müvafiq növünə kompleks yanaşmanı tələb edir. Nəticə etibarilə hal-hazırda idmanın bütün növləri ölkəmizdə özünün yüksək inkişaf mərhələsini yaşayır. Respublikaya axan qızıl, gümüş və bürünc medalların, idman titullarının sayı gündən-günə artmaqda davam edir. Bütün bunlar məhz cənab prezidentin idmana, gənclərin sağlam böyüməsinə göstərdiyi qayğı və diqqətin nəticəsidir. Belə olduğu üçün gənclərimiz də müdrik rəhbərin göstərişlərinə biganə qalmır və iştirak etdikləri görüşlərdə, yarışlarda bizə qürur hissi yaşadırlar. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək. Bütü bunlar barədə cənab Prezident dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında danışıb. Xüsusi vurğulayıb ki, “Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi. Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı”.  Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.

  Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Seçilən
11
aia.az

1Mənbələr