AZ

Azərbaycan millisinin kapitanı təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rövşən Hüseynli təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub.

Bu barədə "Report"a 33 yaşlı qolkiperin özü məlumat verib.

O, Qazaxıstanın "Astana" klubu ilə birgə Astana şəhərinə qayıtmaq üçün Aktau hava limanına yollanarkən faciəvi hadisəyə şahidlik edib:

"Qazaxıstan Kubokunun oyunlarına görə Aktau şəhərinə gəlmişdik. Geri qayıtmaq üçün "Astana" klubunun kollektivi ilə birlikdə avtobusa əyləşdik və Aktau hava limanına doğru hərəkət etməyə başladıq. Bu şəhərin hava limanına gedən yolunda olanlar bilir ki, ətraf açıqlıqdır və və hər tərəf aydın görünür. Birdən səs-küy düşdü ki, "təyyarə qəzaya uğrayıb". Dərhal başımı çevirdim və tüstü, duman və alovu canlı gördüm. Hadisə yerinə gələn yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və helikopterlər yaxınlığımızda idi. Hadisəyə görə Astanaya olan reysimiz 4 saat ləngidi. Təyyarədə olsaq da, nə vaxt havaya qalxacağımızı bilmirik".

Seçilən
7
6
aznews.az

8Mənbələr