“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.
SeherXeber.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə, “Azərsutikinti” Xəstəxanası” sözləri “Nizami Tibb Mərkəzi”, “Neyrocərrahlıq” sözü “Respublika Neyrocərrahiyyə” sözləri ilə əvəz edilib.
Eyni zamanda, siyahıya Yeni Klinika və Siyəzən Rayon Mərkəzi Xəstəxanası əlavə edilib.
Bundan başqa, “6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” sözləri “Binəqədi Tibb Mərkəzi”, “2 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Xətai Tibb Mərkəzi”, “3 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Sabunçu Tibb Mərkəzi”, “5 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Nərimanov Tibb Mərkəzi” sözləri ilə əvəz edilib.