Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Pravda.az Ölkə.Az-a istinadla xəbər verir ki, qəzadan sonra yaralıların bir qismi Mangistau regional xəstəxanasına aparılıb.
Teleqram kanalları yaralıların görüntülərini yayıb.
Videodakı söhbət zamanı Azərbaycan dilində də danışanların səsləri eşidilir.
Tarix: 25 Dekabr 2024, 16:37