Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Dövlət Komissiyasının sədri
Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri
Dövlət Komissiyasının üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev - Azərbaycan Respublikasının Baş prokuroru
Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.
Sənədə görə, Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli, Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.