AZ

Son üç il ərzində dunyada təyyarə qəzalarının STATİSTİKASI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan J2-8243 nömrəli reysi yerinə yetirən hava gəmisi quş dəstəsi ilə toqquşma nəticəsində qəzaya uğrayıb. Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 14-ü azərbaycanlı olmaqla 32 sərnişin sağ qalıb.
Qeyd edək ki, son 3 ildə dünyada onlarla mülki təyyarə qəzaları baş verib. Oxu.Az onlardan ən ağır nəticələrə səbəb olanlardan bəzilərinin statistikasını təqdim edir.
2021
9 yanvar - Cakartadan (İndoneziya) qalxdıqdan dörd dəqiqə sonra "Sriwijaya Air" şirkətinin "Boeing 737-500" təyyarəsi qəzaya uğrayıb. Göyərtədəki 62 nəfərin hamısı həlak olub.
25 yanvar - Braziliyanın Tokantis ştatının Portu-Nasiunal şəhəri yaxınlığında "Beechcraft 95-B55 Baron" təyyarəsi qəzaya uğrayıb. Təyyarə uçuş-enmə zolağından qalxdıqdan dərhal sonra yerə çırpılıb. Göyərtədə altı nəfər - pilot, "Palmas" klubunun dörd futbolçusu və futbol klubunun prezidenti Lukas Meyra olub. Onlardan heç biri sağ qalmayıb.
6 iyul - Palana şəhərində (Rusiya, Kamçatka diyarı) "An-26" sərnişin təyyarəsi qəzaya uğrayıb. Göyərtədəki 28 nəfərin hamısı həlak olub.
10 oktyabr - Menzelinskdə (Tatarıstan) göyərtəsində paraşütçülər olan L-410 təyyarəsi qalxdıqdan az sonra qəzaya uğrayıb. Göyərtədəki 22 nəfərdən 16-sı həlak olub.
2022
21 mart - Çinin cənubunda dağlarda "China Eastern Airlines"ə məxsus "Boeing 737" qəzaya uğrayıb. Göyərtədəki 132 nəfərin hamısı həlak olub.
28 may - Nepalda "DHC-6" qəzaya uğrayıb. Göyərtədəki 22 nəfərin hamısı həlak olub.
4 sentyabr - Baltik dənizində, Ventspils (Latviya) yaxınlığında alman iş adamı Karl-Peter Qrisemannın sahibi olduğu "Cessna 551" özəl təyyarəsi qəzaya uğrayıb. Göyərtədəki 4 nəfərin hamısı həlak olub.
6 noyabr - Bukoba hava limanına (Tanzaniya) eniş zamanı "ATR 42" təyyarəsi gölə düşüb. Göyərtədəki 53 nəfərdən 19-u həlak olub.
2023
15 yanvar - Nepalın Pokhara şəhəri yaxınlığında Katmandu-Pokhara reysini həyana keçirən "Yeti Airlines" şirkətinə məxsus "ATR-72" təyyarəsi qəzaya uğrayıb. Göyərtədəki 72 nəfərin hamısı həlak olub.
18 yanvar - Ukraynada Brovarı şəhərində uşaq bağçasının yaxınlığında ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus "AS 332 Super Puma" helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər, o cümlədən Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi və yerdə olan dörd nəfər həlak olub, 25 nəfər yaralanıb.
23 avqust - Moskva (Şeremetyevo) - Sankt-Peterburq marşrutu ilə uçuş həyata keçirən "Embraer Legacy 600" özəl təyyarəsi qalxdıqdan qısa müddət sonra qəfildən hündürlüyünü itirməyə başlayıb və Rusiyanın Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Göyərtədəki üçü ekipaj üzvü olmaqla 10 nəfərin hamısı həlak olub. Ölənlərin arasında Yevgeni Priqojin və "Vaqner" özəl hərbi şirkətinin komandiri Dmitri Utkin də olub.
2024
2 yanvar - Haneda hava limanında "Japan Airlines"a məxsus "Airbus A350" və Yaponiya Sahil Mühafizəsinin "De Havilland Canada DHC-8-315Q MPA" təyyarəsi toqquşub. "JAL 516" reysində 367 sərnişin və 12 ekipaj üzvünün hamısı sağ qalıb, 17 nəfər yaralanıb. "DHC-8"də olan altı ekipaj üzvündən yalnız biri sağ qalıb, o ağır yaralanıb. Toqquşmadan sonra hər iki təyyarə tamamilə yanıb.
20 yanvar - "Atletik Qrup" şirkətinə məxsus "Dassault Falcon 10" özəl təyyarəsi Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayıb. Təyyarədə iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı Anna Yevsyukova olublar. Onlar Pattayadan Moskvaya uçurdular. Tibbi reys həyata keçirən təyyarənin qəzasının səbəbi hər iki mühərrikin sıradan çıxması olub.
24 yanvar - Belqorod vilayətinin Koroçanski rayonunda 117-ci aviasiya alayının "İl-76" hərbi-nəqliyyat təyyarəsi raketlə vurulub. Təyyarədə 74 nəfər, o cümlədən mübadilə üçün aparılan 65 ukraynalı hərbi əsir və 9 ekipaj üzvü var olub.
19 may - Şərqi Azərbaycan əyalətində əlverişsiz hava şəraiti və zəif görüntü şəraitində "Bell 212 helikopteri" qəzaya uğrayıb. Helikopterdə ekipaj üzvləri ilə yanaşı İran İslam Respublikasının 8-ci prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan qubernatoru Malek Rəhmati, İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Əli Ale-Haşem və digər müşayiətçi şəxslər olublar.
9 avqust - "ATR 72-500" sərnişin təyyarəsi San-Paulu (Braziliya) yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 62 nəfərin hamısı həlak olub.
Hazırladı: Emilya Tağıyeva
Seçilən
18
45
oxu.az

10Mənbələr