AZ

Xankəndi və Ağdərdən büdcəyə daxilolmalar gözlənilir - xəzinədarlıq orqanlarının hesabına yeni əlavə

Dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərinə Xankəndi və Ağdərə yerli xəzinədarlıq orqanlarının hesabları əlavə edilib.

Teleqraf.com xəbər verir ki, Maliyyə Nazirliyinin Xankəndi şəhəri və Ağdərə rayonu üzrə xəzinə hesab kitablarının açılması barədə məktubuna əsasən, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidmətində “Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar” üzrə mövcud məlumatlar yenilənib.

Qeyd edək ki, Xankəndi şəhərində və Ağdərə rayonunda formalaşan potensial hesabına gələn il dövlət büdcəsinin yerli gəlirləri üzrə müvafiq olaraq 500 min manat və 300 min manat daxilolma gözlənilir.


Müəllif: Teleqraf.com
Seçilən
3
4
teleqraf.com

10Mənbələr