Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Xarici İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb.
AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.