AZ

AZAL-ın təyyarəsində "Kəlmeyi-şəhadət" gətirib sağ qalan kişi stüardessanın şücaətindən danışıb

AZAL-ın qəzaya uğrayan təyyarəsində hadisədən öncə "Kəlmeyi-şəhadət" gətirən kişi sağ qalıb.

Kadrlarda kişi stüardessanın şücaətindən bəhs edir. O, bildirib ki, baş təyyarə bələdçisi sona qədər özünü itirməyib və bütün təlimatları sərnişinlərə çatdırıb:
"Təəssüf ki, onun sağ qalıb-qalmaması barədə xəbərim yoxdur"- , deyə həmin şəxs vurğulayıb.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

ONN İnformasiya Agentliyi
Seçilən
6
7
onn.az

8Mənbələr