AZ

Türkiyə XİN: “Qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”

“Bakı-Qroznı səfərini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğramasından dərin kədər hissi keçiririk”

“Bakı-Qroznı səfərini həyata keçirən sərnişin təyyarəsinin bu səhər Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərin kədər hissi keçiririk”. AYNA xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: “Bu faciəvi hadisədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə təcili şəfa diləyirik. Bu çətin günlərində azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 32-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Seçilən
27
turkustan.az

1Mənbələr