AZ

Misir XİN Azərbaycana başsağlığı verib

Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Azreform.info xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.

"Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.

Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Seçilən
2
13
azreform.info

10Mənbələr