AZ

Təyyarə qəzasının canlı şahidi DANIŞDI - VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri qəzanın son anlarından danışıb.

 

Modern.az xəbər verir ki, onun görüntüləri Rusiyanın teleqram kanallarında yayımlanıb.

 

Qəzanın şahidi stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.

 

"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.

 

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

 

 

Seçilən
15
modern.az

1Mənbələr