AZ

Tətil günlərində hava necə olacaq?

31 dekabr - 2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.

Avtosfer.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. 

Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. 

Naxçıvan MR ərazisində  dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək  hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu  gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək  şaxta, gündüz 4-7 dərəcəyədək isti  olacaq.  

Qazax-Gəncə bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4, gündüz  6-11 dərəcə  isti olacaq. 
    
Balakən-Şəki bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin  yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4,  gündüz 5-10  dərəcə  isti olacaq.  

Quba-Xaçmaz bölgəsində 31 dekabr-2 yanvar tarixlərində bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı,  gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur.  Havanın temperaturu  1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.  

Dağlıq Şirvan bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin   yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək  isti, gündüz 5-9 dərəcə  isti olacaq.  

Mərkəzi Aran bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir.  Lakin dekabrın 31-i gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu  gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur.  Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.

Seçilən
4
49
avtosfer.az

10Mənbələr