AZ

Təyyarə qəzasında yaralananlardan 11-nin vəziyyəti ağırdır

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilən 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına dəstək göstərmək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin mobil briqadası göndərilib. Heyətdə iki reanimatoloq, dörd travmatoloq, bir neyrocərrah və yanıq üzrə mütəxəssis yer alıb.

Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.

Bildirilib ki, Manqistau Uşaq Xəstəxanasında müalicə olunan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.


Telegram kanalımız
Seçilən
6
22
yenisabah.az

10Mənbələr