İsrail Prezidenti İsaak Hersoq AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə o, “X” hesabında yazıb:
“Səhər saatlarında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram”, – İ.Hersoq qeyd edib.
DOĞRU.AZ