“Araz-Naxçıvan” PFK Akademiyasının U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Apasport.az xəbər verir ki, seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb
Dele Alli İtaliya yolunda
"Valensiya"nın yeni baş məşqçisi açıqlanıb
Super Liqa klubunda yeni baş məşqçi