AZ

Azərbaycan Evində xatirə guşəsi yaradıldı

Avstriya Respublikasının Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 25.12.2024 cü il tarixində “Azərbaycan Hava Yolları ” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qrozni reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində dünyasını dəyişən soydaşlarımızın xatirəsinə Salzburg Azərbaycan Evində xatirə guşəsi düzəldilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Evindən məlumat verilib.

 

"Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evi adından həyatını itirənlərin ailələrinə başsağlığı verir, qəzadan sağ çıxanlara isə tezliklə şəfa diləyirik. Bütün dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır. Bu kədərli zamanda bütün zərər çəkmiş insanların yaxınlarına səbir və başsağlığı diləyirik”, - açıqlamada bildirilir.

Seçilən
7
3
modern.az

4Mənbələr