İspaniya təmsilçisi \"Selta\" klub tarixinin ən yaxşı bombardiri Yaqo Aspasla müqavilə müddətini uzadıb.
AZXEBER.COM xəbər verir ki, 37 yaşlı hücumçu Viqo təmsilçisi ilə 2026-cı ilin yayına qədər anlaşıb.
Qeyd edək ki, Y.Aspas \"Selta\"nın heyətində ümumilikdə 509 matçda 210 qol vurub. Cari mövsüm isə 16 oyunda rəqib qapılarından 6 qol keçirib.