Aktyor Marat Başarov keçmiş həyat yoldaşı Yelizaveta Şevırkovanın geri qayıtmaq istədiyini bildirib.
Medianews.az lent.az-a istinadla xəbər verir ki, kino ulduzunun keçmiş həyat yoldaşı ilə yenidən birləşməsinə yalnız yeni sevgilisi mane olub.
“Yaxınlarda keçmiş həyat yoldaşım mənə yazdı ki, geri qaytarmaq, hər şeyi yenidən başlamaq istəyir. İndiki sevgilimlə görüşməsəydim, yəqin ki, heç düşünmədən onun yanına qaçardım”, – aktyor etiraf edib.
Marat Başarov 2017-ci ildə Şevırkova ilə ailə qurub, lakin iki illik evliliyindən sonra boşanıb. Qadın aktyoru onu döyməkdə ittiham edib. Məhkəmədə aktyorun arvadını döydüyü və burnunu sındırdığı sübuta yetirilib.