Azərbaycan Basketbol Liqasında IX turun son 3 oyunu - "Şəki" - "Gəncə", "Sumqayıt" - "Quba" və "Naxçıvan" - "Abşeron" matçları matəm günü ilə bağlı təxirə salınıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.
2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.