AZ

Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, qəzada xəsarət alanlardan biri də 17 yaşlı Salihət Xızrı qızı Ceerovadır. 
 

Qəza nəticəsində xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilən Salihət Zaqatalanın Danaçı kəndində yaşayan anası Fatma Ceerovaya palatada lentə alınan videosunu göndərib.

 

O atası ilə Mahaçqalaya təhsili ilə bağlı səfər etdiyini qeyd edib. Lakin Salihət atasının durumu ilə bağlı məlumatının olmadığını bildirib. 
 

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.



Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 27 nəfər yaralanıb, 11 nəfərin isə vəziyyəti ağırdır.
 

Seçilən
5
2
sfera.az

10Mənbələr