AZ

Təyyarədəki dəliklər nədir? - Qazaxıstan rəsmisinin cavabı

21:43 25.12.2024
21:43 25.12.2024

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, qəzanı araşdıran komissiyanın rəhbəri AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.

“Buraya həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”, - deyə o vurğulayıb.


Seçilən
15
10
mynews.az

8Mənbələr