Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin göyərtəsində olan 16 Rusiya vətəndaşından 9-u sağ qalıb, 7-si ölüb. TASS xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev məlumat verib.
Həmçinin, onun sözlərinə görə, beş ekipaj üzvündən üçü sağ qalıb.
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayını açıqlayıblar
Xatırladaq ki, Bakı-Qroznı reysi ilə uçan Embraer 190 sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub.